Bu ilin yanvar-aprel aylarında Azərbaycan 18 287 minik avtomobil idxal edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,65% azdır.
Son 1 ildə minik avtomobili idxalına çəkilən xərc isə 38,1% azalaraq 341,25 milyon ABŞ dollarına düşüb.