SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Azərbaycan elektromobil idxalını 34%-ə yaxın azaldıb

Azərbaycan elektromobil idxalını 34%-ə yaxın azaldıb

  • 22 may 2026, 12:58

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 404 elektromobil idxal edib. 

Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,7% azdır. 

Son 1 ildə elektromobil idxalına çəkilən xərc isə 56,2% azalaraq 10,7 milyon ABŞ dollarına düşüb. 

Bundan başqa, 4 ay ərzində ölkəyə 7 702 hibrid avtomobil gətirilib. Bu isə 1 il əvvələ nisbətən 46,3% azdır. İl ərzində bu növ avtomobillərin idxalına çəkilən xərc isə 42,4% azalaraq 165,9 milyon dollar təşkil edib. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları