Bu ilin yanvar-aprel aylarında Azərbaycan 305 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 96,8% və yaxud təxminən 2 dəfə çoxdur.
Son 1 ildə avtobus idxalına çəkilən xərc isə 4,3 dəfə artaraq 53,65 milyon ABŞ dollarına yüksəlib.