Bu il mayın 1-nə Azərbaycanın dövlət sektorunda 869,5 min nəfər muzdlu işçi çalışıb.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, aprelin 1-i ilə müqayisədə 1,1 min nəfər azdır.
Əvəzində ötən ay özəl sektorda çalışan muzdlu işçilərin sayı 913,4 min nəfərdən 928,1 min nəfərə, ümumi işçi sayı isə 1 milyon 784 min nəfərdən 1 milyon 797,6 min nəfərə yüksəlib.