Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin ərzaq məhsullarının alınmasına çəkdiyi xərc 10 175,9 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% çoxdur.
Hesabat dövründə ərzaq xərclər pərakəndə ticarət dövriyyəsinin təxminən yarısı qədər olub.