Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 22 082 xarici ticarət iştirakçısı olub.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,9% azdır.
O cümlədən, son 1 ildə xarici ticarətlə məşğul olan fiziki şəxslərin sayı 41,35% azalaraq 14 033, hüquqi şəxslərin sayı isə 0,15% artaraq 8 049 olub.