SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Azərbaycan maliyyə sektoruna investisiya qoyuluşunu 70% azaldıb

Azərbaycan maliyyə sektoruna investisiya qoyuluşunu 70% azaldıb

  • 22 may 2026, 14:43

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda maliyyə sektoruna 18,7 milyon manat investisiya qoyulub. 

Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70% azdır. 

Hesabat dövründə maliyyə sektoruna investisiya qoyuluşu sas kapitala yönəldilmiş investisiyaların 0,4%-ni təşkil edib. 

4 ayda Azərbaycanda əsas kapitala 5 275 milyon manat investisiya yönəldilib. Bu, 1 il əvvələ nisbətən real ifadədə 2,6% çoxdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları