SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Azərbaycanın I yarımildə xaricə investisiya qoyuluşunun 40%-i İsrailə yönəlib

Azərbaycanın I yarımildə xaricə investisiya qoyuluşunun 40%-i İsrailə yönəlib

  • 22 sentyabr 2025, 15:13

Bu ilin I yarısında Azərbaycan İsrail iqtisadiyyatına, daha dəqiq desək, bu ölkədəki “Tamar” qaz yatağına 542,5 milyon ABŞ dolları birbaşa investisiya qoyub. 

Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından məlumat verilib. 

Son nəticədə Azərbaycanın I yarımildə xaricə investisiya qoyuluşunun 40,2%-i İsrailə yönəlib. Ötən ilin eyni dövründə İsrailə cəmi 400 min dollar pul qoyulmuşdu. 

Xatırladaq ki, bu il yanvarın 31-də Dövlət Neft Şirkəti (SOCAR) İsrailin “Union Energy” şirkəti ilə Aralıq dənizində ən böyük ofşor qaz yataqlarından biri olan "Tamar" layihəsində 10% iştirak payının alınması haqqında saziş imzalayıb. Martın 17-də isə SOCAR və “Union Energy” şirkəti arasında İsrailin eksklüziv iqtisadi zonasında birgə kəşfiyyat işlərinin aparılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Prime Leasing