Azərbaycanın xarici ticarət sahəsində ən böyük tərəfdaşları açıqlanıb.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20,7 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 0,8% azdır.
Hesabat dövründə xarici ticarət dövriyyəsinin 13,9 milyard ABŞ dolları ixracın, 6,8 milyard ABŞ dolları isə idxalın payına düşüb.
Bu dövr ərzində Azərbaycanın ən böyük ticarət tərəfdaşları isə bu ölkələr olub:
Ölkələr | Ticarət həcmi |
İtaliya | 4,8 milyard dollar |
Böyük Britaniya | 3,5 milyard dollar |
Türkiyə | 2,3 milyard dollar |
Çin | 1,8 milyard dollar |
Rusiya | 1,3 milyard dollar |
Almaniya | 503,1 milyon dollar |
Gürcüstan | 482,2 milyon dollar |
Yunanıstan | 428 milyon dollar |
Bolqarıstan | 408 milyon dollar |
ABŞ | 384,5 milyon dollar |