Azərbaycanın 2026-cı ilə gözlənilən dövlət büdcəsi açıqlanıb.
Maliyyə Nazirliyindən Yurd.Media-ya bildirilib ki, 2026-cı ildə büdcədə “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 65 ABŞ dolları götürülüb. Bu, 2025-ci illə müqayisədə 5 ABŞ dolları azdır.
2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 38 423 milyon manat, xərclərinin isə 41 548,6 milyon manat olacağı gözlənilir. Bunlar, 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,2% və 0,3% çoxdur.
Son nəticədə dövlət büdcəsində gələn il gözlənilən ümumi daxili məhsulun 2,3%-i qədər və yaxud 3 125,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 2,4% çoxdur.
2026-cı ildə Azərbaycanın icmal büdcəsinin isə gəlirlərinin 44 825,3 milyon manat, xərclərinin isə 48 683,1 milyon manat olacağı gözlənilir. Bunlar, 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2% və 2,2% çoxdur.
Son nəticədə icmal büdcədə 3 857,8 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 4,9% çoxdur.