Bu ilin yanvar-may aylarında Azərbaycanda 25 967 xarici ticarət iştirakçısı olub.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31% azdır.
O cümlədən, son 1 ildə xarici ticarətlə məşğul olan fiziki şəxslərin sayı 40% azalaraq 17 373, hüquqi şəxslərin sayı isə 1,2% azalaraq 8 594 olub.