Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisi 13 milyard manat dəyərində ərzaq məhsulları alıb.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur.
Hesabat dövründə ərzaq xərcləri pərakəndə ticarət dövriyyəsinin təxminən yarısını təşkil edib.