Bu ilin yanvar-iyul aylarında Azərbaycanda iqtisadi artım 1,4% təşkil edib ki, bu da yanvar-iyun aylarının yekunu ilə müqayisədə 0,6 faiz bəndi çoxdur.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, 7 ay ərzində ölkədə 76,8 milyard manatlıq, o cümlədən neft-qaz sektorunda 22,6 milyard manatlıq (0,6% az), qeyri-neft-qaz sektorunda isə 53,9 milyard manatlıq (2,2% çox) ümumi daxili məhsul istehsal olunub.