Bu ilin yanvar-may aylarında Azərbaycanda 18,6 milyard manat dəyərində neft-qaz istehsal olunub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azdır.
Əvəzində son 1 ildə qeyri-neft-qaz sektorunda istehsalın dəyəri 5,8% artaraq 8,9 milyard manat olub.