2025-ci ildə Azərbaycanda 73 306 xarici ticarət iştirakçısı olub.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 6,7% çoxdur.
Xarici ticarət əməliyyatları aparanların 61 833-ü fiziki şəxslər, 11 473-ü isə hüquqi şəxslərdir.
Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 7,7% və 1,6% çoxdur.