SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Azərbaycanda superkompüter infrastrukturu yaradılır

Azərbaycanda superkompüter infrastrukturu yaradılır

Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək növbəti mühüm təşəbbüslərdən biri İqtisadiyyat Nazirliyi tərəfindən yaradılması yekunlaşmaq üzrə olan superkompüter infrastrukturudur.

Yurd.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Sənaye 4.0 Forumu – Gələcəyin sənayesi: Texnologiya və insan gücü” tədbirində çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, superkompüter infrastrukturu iqtisadi proqnozların daha sürətli və dəqiq hazırlanmasını, qərar qəbuletmə proseslərində simulyasiya imkanlarının genişlənməsini, eləcə də əsaslandırılmış arqumentlərə əsaslanan analitik yanaşmaların tətbiqini təmin edəcək.

M. Cabbarov əlavə edib ki, bu kimi təşəbbüsləri daha sistemli və davamlı şəkildə dəyərləndirmək məqsədilə Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası hazırlanıb: 

"Strategiya qlobal texnoloji trendləri və ölkənin inkişaf dinamikasını nəzərə alaraq, biznes, dövlət və cəmiyyət arasında sinerji yaratmaqla iqtisadiyyatın texnoloji transformasiyasını hədəfləyir".

Prime Leasing