2025-ci ildə Azərbaycanda 2024-cü illə müqayisədə 5,5% çox qeyri-neft-qaz sənayesi məhsulu istehsal olunub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, ötən il ölkədə qeyri-neft-qaz sektoru isə əvvəlki ilə nisbətən 2,7% böyüyüb.
Başqa sözlə, qeyri-neft-qaz sənayesinin artımı sektor üzrə orta göstəricini 2 dəfə üstələyib.