SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycanda güzəştli ipotekanın faizi digər ölkələrdəki adi ipotekadan yüksəkdir - EKSPERT

Azərbaycanda güzəştli ipotekanın faizi digər ölkələrdəki adi ipotekadan yüksəkdir - EKSPERT

  • 08 oktyabr 2025, 17:12

Azərbaycanda güzəştli ipoteka adı ilə təqdim olunan kreditlərinin faiz dərəcələri qlobal bazarlarda ümumi kommersiya banklarının təqdim etdiyi ipoteka kreditlərinin faiz dərəcələrinə uyğun, hətta ondan yüksəkdir.

Bunu Yurd.Media-ya iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə təxmini ölkə üzrə satılan 100 mənzildən 3-ü, Bakı üzrə isə 10-u ipoteka kreditləri ilə satılıb. Bu da ölkə üzrə 3%, Bakı şəhəri üzrə 10% deməkdir.

“Bu onu deməyə əsas verir ki, hələlik müvafiq istiqamətdə təklif tələblə müqayisədə əhəmiyyətli səviyyədə aşağıdır. Bu müraciətlərdə də özünü göstərir. Nəzərə almaq lazımdır ki, hər il təxminən 50-60 min gənc ailə qurur. Bunların çoxu yeni mənzilin əldə edilməsinə ehtiyacı olan və öz vəsaitləri hesabına mənzil əldə etmək imkanı olmayan şəxslərdir".

R.Həsənov vurğulayıb ki, Azərbaycanda adam başına düşən yaşayış sahəsi də bir çox ölkələrlə müqayisədə dəfələrlə aşağıdır:

"Yəni tələb istənilən halda çoxdur. Mənzil şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhəri və ətrafında qiymət kəskin şəkildə artıb. İpoteka mənzillərinin əldə edilməsi üçün mühüm alətlərdən biridir. Lakin, bu məqsədlə ayrılan resurslar məhduddur. Xüsusilə də dövlət proqramları çərçivəsində adi və güzəştli ipotekanın verilməsi məqsədi ilə sərf olunan vəsaitlərin həcmi azdır. Güzəştli ipotekalara isə tələb yüksəkdir. Biz müşahidə aparanda görürük ki, Azərbaycanda güzəştli ipoteka adı ilə təqdim olunan kreditlərinin faiz dərəcələri qlobal bazarlarda ümumi kommersiya banklarının təqdim etdiyi ipoteka kreditlərinin faiz dərəcələrinə uyğun, hətta ondan yüksəkdir. Bu o deməkdir ki, Azərbaycanda ipoteka kreditləri üzrə borclanma faizinin də yuxarı olması bu və ya digər şəkildə bu tendensiyanın inkişafı istiqamətində meyilləri zəiflədir. Amma hələlik tələb yüksəkdir. Resursların artırılması bu istiqamətdə əlçatanlığı genişləndirə bilər. Lakin bunun digər yan təsirləri də dəqiq diaqnostika edilməlidir - Qiymətlər nə qədər arta bilər?".

İqtisadçı-ekspert Rəşad Həsənovİqtisadçı-ekspert Rəşad Həsənov

İpoteka kreditlərinin inkişafından söz açan ekspert qeyd edib ki, dövlət vəsaiti hesabına verilən ipoteka mexanizminin özü təkmilləşdirilməlidir:

"Yəni, yalnız həssas, az gəlirli mənzil şəraitinin yaxşılaşmasına həqiqətən ehtiyacı olan şəxslərin istifadəsi üçün imkanlar formalaşdırılmalıdır. Digər şəxslər bu kateqoriyadan kənarlaşdırılsın. Digər tərəfdən kommersiya banklarının daxili vəsaitləri hesabına ipoteka kreditlərini təqdim etməsi mühitini yaxşılaşdırmaqla əhalinin başqa sosial qruplarını da bu bazara yönəltmək mümkündür. Amma hələlik  Azərbaycanda ipoteka kreditləri ilə əldə olunan mənzillərin sayı və eyni zamanda ümumi ölkə üzrə tələbdə payı aşağı qiymətləndirilir".

Prime Leasing