Bu ilin əvvəlindən ləğv prosesində olan “Azərbaycan Sənaye Korporasiyası” ASC-dən Azərbaycan İnvestisiya Holdinqinə ötürülmüş "Azəralüminium" MMC 2024-cü ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 17,6 milyon manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki illə müqayisədə 5,7 dəfə çoxdur.
Bu ilin əvvəlinə "Azəralüminium"un aktivləri ötən ilin əvvəlinə nisbətən 4,5% çox - 383,7 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 22,9 milyon manat (4% az), balans kapitalı isə 360,8 milyon manat (5,1% çox), o cümlədən nizamnamə kapitalı 282,3 milyon manat (demək olar ki, dəyişməyib) olub.