Bu ilin yanvar-iyul aylarında Azərbaycan 41 105 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,2% azdır.
Son 1 ildə avtomobil idxalına çəkilən xərc isə 31,05% azalaraq 807,4 milyon ABŞ dolları təşkil edib.