Dövlət Gömrük Komitəsi bu ilin yanvar-iyul aylarının yekunları ilə bağlı xarici ticarət statistikasını açıqlayıb.
Yurd.Media xəbər verir ki, hesabata əsasən, Azərbaycan 7 ayda xarici ölkələrdə 29,2 milyard ABŞ dolları dəyərində ticarət edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% çoxdur.
O cümlədən, son 1 ildə ölkənin ixracının dəyəri 27% artaraq 10,3 milyard dollar, idxalının dəyəri isə 27,4% azalaraq 9,9 milyard dollar olub.