SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
ADB rəsmisi dövlət qurumlarını “gəzir”

ADB rəsmisi dövlət qurumlarını “gəzir”

  • 29 sentyabr 2025, 19:53

Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Bharqav Dasquptanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. 

Yurd.Media xəbər verir ki, qonaq bir sıra dövlət qurumlarında görüşlər keçirib.

Onu əvvəlcə maliyyə naziri, ADB-nin Azərbaycan üzrə rəhbəri Sahil Babayev qəbul edib. Görüşdə Azərbaycanda özəl sektorun inkişafı, Bankın bu sahəyə mümkün dəstəyi və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti həmçinin Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Əliyar Məmmədyarovun qəbulunda olub. Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Prime Leasing