SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Şamaxıda güclü yağışlar yollarda fəsadlar törədib: Dəyən ziyan milyon manatlarla ölçülür

Şamaxıda güclü yağışlar yollarda fəsadlar törədib: "Dəyən ziyan milyon manatlarla ölçülür"

Şamaxı

İntensiv yağıntılardan sonra Şamaxı-Dəmirçi avtomobil yolunda bir sıra uçqunlar baş verib.

Yurd.Media xəbər verir ki, yolun 20-ci kilometrliyində iri qaya parçaları yola tökülüb, torpaq isə yolun bir hissəsini bağlayıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində ciddi problemlər yaranıb.

Qeyd edək ki, bu ərazilər sürüşməyə meyillidir və son zamanlar burada aktivlik müşahidə olunur. Sürücülər də yolun həddindən artıq təhlükəli olduğunu bildirirlər.

19 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəisi Anar Hacıyev "Baku TV" yə bildirib ki, məsələ ilə bağlı aidiyyəti orqanlara məlumat verilib. Hazırda ərazidə fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. Onun sözlərinə görə, güclü yağışlar təkcə Dəmirçi yolu ilə məhdudlaşmayaraq, Şamaxı rayonunun bir çox hissəsində yolların zərər görməsinə səbəb olub.

İlkin mütəxəssis hesablamalarına görə, dəyən ziyanın həcmi milyon manatlarla ölçülür.

Prime Leasing