SÜJET
2025-ci ilin birinci rübündə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 656 yeni iş yeri yaradılıb.
Yurd.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə Qarabağ iqtisadi rayonunda 515, Şərqi Zəngəzurda isə 141 yeni iş yeri açılıb.
Dövr ərzində Qarabağ iqtisadi rayonu üzrə yeni yaradılan ən çox iş yeri Xankəndinin (283), Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə Kəlbəcərin (70) payına düşüb.
Qeyd edək ki, 2025-ci ilin 1-ci rübü ərzində Azərbaycanda ümumilikdə 23 386 yeni iş yeri açılıb.