SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Nərimanovda aparılan uzunmüddətli təmir işləri tıxaca səbəb olur - VİDEO

Nərimanovda aparılan uzunmüddətli təmir işləri tıxaca səbəb olur - VİDEO

Bakı

Paytaxtın Nərimanov rayonu, Xətai prospekti 172 ünvanında, Elm və Təhsil Nazirliyinin qarşısında aparılan təmir işləri xüsusilə axşam saatlarında nəqliyyatın hərəkətinə ciddi çətinliklər yaradır.

Yurd.Media xəbər verir ki, uzun müddətdir davam edən təmir işləri sakinlərin narazılığına səbəb olub.

Sakinlər “ATV Xəbər”ə bildiriblər ki, təmir işlərinin yolun hərəkət hissəsində aparılması həm onların, həm də sürücülərin gündəlik işini xeyli çətinləşdirir.

Sürücülər isə təmirdən yaranan tıxac səbəbindən ünvanlarına vaxtında çata bilmədiklərini bildirirlər.

Ərazidəki nümayəndənin sözlərinə görə, yeraltı xətdə yaranmış karroziya səbəbindən mövcud xətt yenisi ilə əvəz olunur. Hazırda işlərin böyük hissəsi başa çatıb və həftənin sonuna qədər tam yekunlaşdırılacağı gözlənilir.

Nərimanovda aparılan uzunmüddətli təmir işləri tıxaca səbəb olur - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları