SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Masazırda şəhidin adını daşıyan küçənin yolu illərdir bərbad vəziyyətdədir - FOTO

Masazırda şəhidin adını daşıyan küçənin yolu illərdir bərbad vəziyyətdədir - FOTO

  • 29 iyul 2025, 18:34
Abşeron

Abşeron rayonunun Masazır qəsəbəsi, şəhid Emin Nəsibov adına küçənin sakinlərinin yol dərdi illərdir həll olunmamış qalır.

Yurd.Media-ya müraciət edən sakinlər bildiriblər ki, küçənin yolu illərdir bərbad vəziyyətdədir - asfalt örtüyü sıradan çıxıb, bir çox yerlərdə isə tamamilə yoxdur.

Bu küçədə yağışlı havalarda palçıqdan keçmək olmur, quraqlıq günlərdə isə toz-torpaq göyə qalxır.

Avtomobillərin hərəkətinin çətinləşməsi bir yana, piyadaların da təhlükəsiz gedişi təmin olunmur.

Yolun vəziyyətini daha acınacaqlı edən isə bu ayın əvvəli sakinlər tərəfindən küçədə kanalizasiya sisteminin qoşulması olub.

Sakinlərin sözlərinə görə, kanalizasiya xətti ilə bağlı aidiyyəti qurumlara müraciət edilmişdi:

"Bildirilmişdi ki, texnika ilə təmin olunacağıq, lakin heç bir texnika ayrılmadı. Bu səbəbdən, sakinlər öz şəxsi vəsaiti hesabına qazıntı işlərini apararaq kanalizasiyanın qoşulmasını təmin etdilər".

Qazıntıdan sonra asfalt örtüyünün bərpası da vəd edilsə də, bu günə kimi heç bir tədbir görülməyib.

Prime Leasing