Masallıda kəndin yolları tamamilə dağılıb - VİDEO

Masallıda kəndin yolları tamamilə dağılıb - VİDEO

Masallı

Masallı rayon Təklə kəndinin əsas yolu tamamilə dağılıb. Küçələrdə yağış və qrunt suları yığılaraq gölməçələr əmələ gətirib.

Yurd.Media xəbər verir ki, Təklə inzibati ərazi dairəsində 10 minə yaxın əhali yaşayır ki onlardan 1500 nəfəri bu yoldan istifadə edir.

Sakinlər "Baku TV"yə bildirir ki, qışda palçıq, yayda tozdan burada yaşamaq olmur, uşaqlar məktəbə gedə bilmirlər:

"İki il qabaq yolları çəkdirsəkdə, hazırda kəndin camaatının imkanı yoxdur. Tək bu deyil, başqa küçələr də bu vəziyyətdədir."

Təklə kənd bələdiyyəsinin sədri İlkin Kərimov bildirir ki, yolun uzunluğu 1 km-dir. Həmin yoldan ağır texnikalar istifadə edir, heyvanlar keçir deyə yollar tez sıradan çıxır:

"Keçən il o yolda işlər görülüb. Bu il yağan yağışdan sonra böyük fəsadlar oldu. Havalar düzələndən sonra bərpa işləri görəcəyik".

Həmin yolda 2026-cı ilə qədər asfalt örtüyü çəkilməyi nəzərdə tutulub.