SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Lənkəranda kanalizasiya sistemi qurmaq Astaradan ucuz başa gələcək

Lənkəranda kanalizasiya sistemi qurmaq Astaradan ucuz başa gələcək

  • 18 sentyabr 2025, 10:35
Lənkəran

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Lənkəran şəhərində kanalizasiya sisteminin yaradılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, tenderin qalibi olan "Protean Construction" ASC dövlət qurumundan bunun üçün 38,6 milyon manat alacaq.

Ötən ay isə Müdiriyyət Astara şəhərində kanalizasiya sisteminin yaradılması ilə bağlı elan etdiyi açıq tenderi yekunlaşdırıb. Tenderin qalibi olan "T.T.Ş.-İnşaat"  MMC ilə 41,5 milyon manatlıq satınalma müqaviləsi imzalanıb.

Beləliklə, Lənkəranda kanalizasiya sistemi qurmaq Astaradan ucuz başa gələcək.

Prime Leasing