SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Laçında evləri bu şirkət inşa edəcək -  41 milyon manatlıq TENDER

Laçında evləri bu şirkət inşa edəcək - 41 milyon manatlıq TENDER

  • 13 may 2026, 10:23
Laçın

"Hovers Group" şirkəti işğaldan azad olunmuş ərazilərdə növbəti irimiqyaslı layihəni həyata keçirəcək.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Laçın şəhərində yeni yaşayış məhəlləsinin tikintisinin təşkilinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, qurum bununla bağlı elan etdiyi satınalma müsabiqəsini yekunlaşdırıb və müsabiqədə ən sərfəli qiymətlə "Hovers Group" şirkəti çıxış edib.

Belə ki, şirkət yeni yaşayış məhəlləsinin tikintisinin təşkilinə görə 41,2 milyon manat ödəniş təklif edib. Hazırda təklif dəyərləndirmə mərhələsindədir və yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.

Qeyd edək ki, azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam etdirilir.

Xatırladaq ki, “Hovers Group” MMC 1 iyul 2011-ci ildə İlqar Zeynalov tərəfindən təsis edilib. Şirkət bərpa və tikinti, eləcə də dizayn layihələri xidmətlərinin həyata keçirilməsi ilə məşğul olur. Şirkət ötən il Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvanın Su Ehtiyatları Agentliyi kimi bir neçə dövlət qurumunun elan etdiyi ümumilikdə 46,8 milyon manatlıq tenderlərin qalibi olmuşdu.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları