Paytaxtın Nəsimi rayonu, Mirzə İbrahimov 58, dalan 4 ünvanındakı evlərin dörd tərəfi hasara alınıb və həmin evlər hər an uçma təhlükəsi ilə üz-üzədir.
Yurd.Media xəbər verir ki sakinlər "Xəzər Xəbər"ə bildiriblər ki, ətrafdakı evlər sökülüb, bircə onlarınki qalıb:
"Evlər nəmişlikdir. Sağlamlığımız əldən gedir. Evi təmir etdirsək də, nəmişlikdən sökülüb gedir. İllərdir ki, evlərin söküləcəyini gözləyirik, amma bir nəticə yoxdur. Aidiyyəti qurumların da problemlə bağlı məlumatları var və sadəcə "gözləyin" deyirlər".
Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazi tikinti şirkətlərinə verilib. Hazırda tikinti şirkətləri əhalinin köçürülməsi və yeni binaların tikintisi işləri ilə məşğul olur.
Daha ətraflı süjetdə: