Cəlilabad şəhərinin daxili yollarında əsaslı təmir işləri aparılacaq.
Yurd.Media xəbər verir ki, Rayon İcra Hakimiyyəti bununla bağlı hazırlıqlara başlayıb.
Məlumata görə, təmir işləri şəhərin Səməd Vurğun, Vüqar Mürsəlov, Əlixan Rəhimov, Vüqar Niftullayev, Kərim Kərimov, Nazim Hikmət, Məlik Quliyev, Dədə Qorqud, Elçin Ağayev, 20 Yanvar, Əziz Əliyev, Arif Qubadov və Abbasqulu ağa Bakıxanov küçələrini əhatə edəcək.
Eləcə də 20 Yanvar küçəsində yerləşən 2 nömrəli binanın həyəti və Zərifə Əliyeva küçəsi, 28 nömrəli binanın qarşısı asfaltlaşdırılacaq.
Hazırda təmir işləri ilə bağlı layihə smeta sənədlərinin hazırlanmasına başlanılıb.