SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Bu yolda nə nişan var, nə də işıq - Piyada və sürücülərin ortaq problemi necə həll olunacaq?

Bu yolda nə nişan var, nə də işıq - Piyada və sürücülərin ortaq problemi necə həll olunacaq?

Quba

Qubada Pirvahid yolu təhlükəyə çevrilib.

Yurd.Media xəbər verir ki, ərazidə sərt döngə mövcuddur, amma hər hansı yol nişanı olmadığına görə, qəzalar baş verir. Əhali bu halın həyatları üçün təhlükəli olduğunu bildirib:

"Şəhər camaatı əsasən bu yoldan istifadə edir. Bu da yay vaxtı çətinlik yaradır. Kəndin əsas hissəsi çox dardır, ona görə sərt döngələrdə qəzalar baş verir".

Kənd ərazisində həm piyadaların, həm də sürücülərin işinin çətinləşməsinə bir digər səbəb isə işıqlandırmanın olmamasıdır.

Məsələlərin həlli ilə bağlı bələdiyyə nümayəndəsi Elçin Nuriyev bildirib ki, yaxın zamanda məsələlər öz müsbət  həllini tapacaqdır. Bununla bağlı biz müvafiq qurumlara müraciət etmişik.

AYNA-nın mətbuat katibi Tural Orucovun sözlərinə görə, Quba rayonu ərazisində mütəmadi olaraq monitorinq aparılır. Pirvahid kəndinə də baxış keçiriləcəyi və lazımi tədbirlərin görüləcəyi bildirilib.

Prime Leasing