Bu kəndin sel sularından mühafizəsi üçün beton bənd qurulacaq

Bu kəndin sel sularından mühafizəsi üçün beton bənd qurulacaq

  • 17 aprel 2025, 17:07
Balakən

Balakən rayonunun Beçağarbinə kəndini sel sularından mühafizəsi üçün beton bənd qurulacaq.

Bu barədə "Yurd.Media"ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətindən məlumat verilib.

Məlumata görə, kənd Balakənçay çayının sol sahilində yerləşir və kəndi çaydan mühafizə edən daş-beton bənd mövcuddur.

Hazırda isə həmin bəndin təmiri nəzərdə tutulub və qurum bəndin təmirinə 400 000 manata yaxın vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Qeyd edək ki, Balakənçay Qafqaz dağlarından başlayıb, Gürcüstanın Kaxeti vilayətindəki Qanıxçaya tökülür. Beçağarbinə kəndi isə Kortala kənd inzibati ərazi dairəsində yerləşir.