"18 yaşımdan Ağdam işğal olunana kimi Ağdam Dəmiryol Vağzalında bilet kassiri işləmişəm. Yalnız işğal günü dəmiryolu vağzalından çıxmışıq".
Bu fikirləri Yurd.Media-ya açıqlamasında Ağdam sakini Cabir Əliyev bildirib. O, yaşadığı hisslərin sözlə ifadəsinin mümkünsüzlüyünü də vurğulayıb:
"Bu günləri bizə yaşadan Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə təşəkkür edirəm. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 8 il Ağdamdan Bakıya bilet sataraq yola saldığım sərnişinlərlə birgə Ağdama qayıdırıq. Məhz bu səbəbdən də mənim hisslərim tamam başqadır".
Qeyd edək ki, 30 avqust tarixində Bakı–Ağdam qatarının fəaliyyəti 32 ildən sonra bərpa edilib.