Bakıda sürücülərin vaxt itkisini azaltmaq, həm də paytaxtın mərkəzi küçələrində nəqliyyatın yükü yüngülləşdirmək istiqamətində yeni irimiqyaslı layihə həyata keçirilir.
Yurd.Media xəbər verir ki, metronun “Koroğlu” stansiyasından Bakı - Qazax şosesinə, “20 Yanvar” dairəsinə daxil olmadan hərəkət etmək mümkün olacaq.
"ARB Xəbər"in reportajında qeyd olunur ki, 2025–2030-cu illəri əhatə edən dövlət proqramına əsasən icra olunan 25 layihədən biri də Bakı Dairəvi-1 avtomobil yolu ilə Ziya Bünyadov prospektinin birləşdirilməsidir. Layihəyə əsasən, bu birləşmə Biləcəri enişi vasitəsilə həyata keçiriləcək.
Layihənin təxminən 4 il ərzində icrası nəzərdə tutulur.
Bundan əlavə, Abay Kunanbayev küçəsi ilə Çinarli yaşayış massivinin birləşdirilməsi də planlaşdırılır. Bu məqsədlə ərazidə, “Dərnəgül” deposunun altından keçən tunelin inşası nəzərdə tutulur.