Beyləqanda yararsız kənd yolu: 700-ə yaxın şagird məktəbə getməkdə çətinlik çəkir

Beyləqanda yararsız kənd yolu: 700-ə yaxın şagird məktəbə getməkdə çətinlik çəkir

Beyləqan

Beyləqanda kəndin yolu yararsız haldadır.

Beyləqan rayon Dünyamalılar kəndində yol bərbad vəziyyətdədir. Qışda insanlar burdan gəlib-getməyə çətinlik çəkirlər.

Yurd.Media xəbər verir ki, sakinlər dəfələrlə bələdiyyəyə müraciət etsələr də, heç bir dəyişiklik olmayıb.

"İTV"yə danışan sakinlər bildirib ki, 624 şagird burdan məktəbə getməkdə çətinlik çəkir.

Dünyamalılar kənd bələdiyyəsinin üzvü Əli Həsənov deyib ki, bu yol dəfələrlə təmir olunub. Toz olmaması üçün suyu yola buraxırlar amma yol xarab olub gedir. Gələn həftə yollar düzələcək.

Video çəkiliş edildikdən bir neçə gün sonra yolun təmir olunmasına başlanılıb.