SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Bakıya tıxacsız girmək üçün daha bir yol çəkilir - VİDEO

Bakıya tıxacsız girmək üçün daha bir yol çəkilir - VİDEO

  • 28 oktyabr 2025, 09:57

Bakıya daxil olan daha bir yolun tikintisi həyata keçirilir.

Yurd.Media xəbər verir ki, Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi altına düşən obyektlərin bir hissəsində söküntü işləri, kommunikasiya xətlərinin köçürülməsi və digər vacib tədbirlər həyata keçirilir.

"Xəzər Xəbər"in hazırladığı reportajda qeyd olunur ki, layihənin vaxtında tamamlanması üçün əraziyə lazımi texnika və işçi qüvvəsi səfərbər olunub. Yeni avtomobil yolu Abşeron yarımadasının şimal-şərqində yerləşən yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan şimal və qərb bölgələri ilə birbaşa əlaqəsini təmin edəcək. Sürücülər görülən işləri yüksək qiymətləndirsələr də, lakin bəzi iradları var.

Yeni yolun istifadəyə verilməsinin paytaxtın nəqliyyat yükünü azaldacağı bildirilir.

Prime Leasing
SPE Annual Caspian