SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Bakının smart tipli dayanacaqları belə sıradan çıxarılır - VİDEO

Bakının smart tipli dayanacaqları belə sıradan çıxarılır - VİDEO

Bakı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən quraşdırılan smart tipli dayanacaqlara vətəndaşlar tərəfindən ziyan vurulur.

Yurd.Media xəbər verir ki, bəzi vətəndaşlar dayanacağı yandırıb, zibilləyib gedirlər. Həmçinin qapının əltanıma sistemi ilə işləyən funksiyası da sıradan çıxarılıb. Sakinlər bildiriblər ki, bu hərəkətləri edənlər normal insan deyillər:

"Yeni quraşdırılan hər şeyi qoruyub saxlamaq lazımdır. Dayanacağın içinə üfunət qoxusundan girmək istəmirsən", - deyə sərnişinlər bildirirlər. 

AYNA-dan "ATV Xəbər"ə bildirilib ki, paytaxt ərazisindəki bütün dayanacaqlarda mütəmadi monitorinqlər aparılır:

"Bəzi hallarda müxtəlif şəxslər tərəfindən məqsədli şəkildə əmlaka ziyan vurulur".

Bəs əmlaka ziyan vuranları hansı cəza gözləyir?

Daha ətraflı süjetdə: 

Bakının smart tipli dayanacaqları belə sıradan çıxarılır - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları