Bakıda 25 ildir mülkiyyət sahibi bilinməyən ərazinin yaratdığı narahatlıq - ŞİKAYƏT

Bakıda 25 ildir mülkiyyət sahibi bilinməyən ərazinin yaratdığı narahatlıq - ŞİKAYƏT

Bakıda 25 ildir mülkiyyət sahibi bilinməyən ərazi sakinləri narahat edir.


Yurd.Media "Xəzər Xəbər"-ə istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda, Cabbar Qaryağdıoğlu küçəsi 50/52 ünvanında yerləşən qeyri-qanuni tikililərdə yaşayan sakinlər 25 ildir yaşadıqları ərazinin kimə məxsus olduğunu öyrənə bilmirlər.

Sakinlərin sözlərinə görə, bu torpaq vaxtilə "MARS" MTK-ya çoxmərtəbəli bina tikintisi üçün ayrılıb. Binalar inşa olunsa da, ərazidəki köhnə tikililər sökülməyib və hazırda 12 ailə burada yaşayır. Onlar binanın istismarı nəticəsində yaranan nəmişlik, kanalizasiya və digər infrastruktur problemlərinin həyatlarına mənfi təsir etdiyini deyiblər.

Dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, onlara bildirilib ki, ərazi "başqasına məxsusdur". "MARS" MTK isə artıq uzun müddətdir fəaliyyətini dayandırıb.