SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Azərbaycanda tikilən 1 kilometrlik unikal körpü - VİDEO

Azərbaycanda tikilən 1 kilometrlik unikal körpü - VİDEO

Bakı–Şamaxı–Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun Muğanlı–İsmayıllı–Qəbələ hissəsində tikinti işləri sürətlə davam etdirilir.

Yurd.Media xəbər verir ki, aparılan işlərin artıq 70%-i yerinə yetirilib.

Yeni yolun ümumi uzunluğu 85,6 kilometr təşkil edir. Yenidənqurma işlərindən sonra yolun ümumi uzunluğu təxminən 9 kilometr qısalacaq.

Ərazidə ümumi uzunluğu 885 metr olan avtomobil tuneli də inşa edilir. Tunelin artıq 400 metrdən çox hissəsi qazılaraq açılıb. Tikinti işləri sürətlə davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) şöbə rəisi Asim Məmmədli "Baku TV" yə bildirib ki, Axsuçay vadisi ilə kəsişmədə unikal konstruksiyaya malik avtomobil körpüsü inşa edilir. Körpünün uzunluğu 1186 metr, çay səviyyəsindən hündürlüyü isə 78 metr təşkil edir.

O qeyd edib ki, avtomobil yolunun davamı bu körpüdən çıxdıqdan sonra qarşıda yerləşən dağ massivini tunel vasitəsilə keçəcək. Bu tunelin tikintisi xüsusi metodla – dağın içindən qazma üsulu ilə aparılır və qarşıdakı yaşıllıq zonalarına heç bir zərər vurulmadan həyata keçirilir. 

Onun sözlərinə görə, layihəyə əsasən, yolun əsas hissəsinin 2025-ci ildə, asma körpünün və nəqliyyat tunelinin isə növbəti ildə – 2026-cı ildə tikintisinin başa çatdırılması nəzərdə tutulur.

Prime Leasing