SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Azərbaycan və Əfqanıstan nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Əfqanıstan nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib

  • 05 iyul 2025, 19:41

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakı Limanında Əfqanıstan Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdül Qani Bəradərlə görüşüb.

ADY-dən Yurd.Media-ya verilən məlumata görə, tərəflər Cənubi Asiya-Qafqaz-Avropa yükdaşıma coğrafiyasının genişləndirilməsi və Əfqanıstanın Orta Dəhliz başda olmaqla multimodal nəqliyyat şəbəkələrinə inteqrasiyasını müzakirə ediblər.

Əfqanıstan rəsmiləri Bakı Limanı vasitəsilə məhsulların ixracını sürətləndirməyə dəstək istəyib, ADY tərəfi isə əfqan mənşəli məhsulları Avropa bazarlarına çatdırmağa hazır olduğunu bildirib.

Prime Leasing