SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Yeni çempion Şamaxıda oyuna çıxacaq

Yeni çempion Şamaxıda oyuna çıxacaq

  • 03 may 2026, 09:58
Şamaxı

Azərbaycan Premyer Liqasında 30-cu turun daha iki oyunu bu gün keçiriləcək.

Yurd.Media xəbər verir ki, ilk olaraq çempionluğunu rəsmiləşdirən "Sabah" "Şamaxı"nın qonağı olacaq.

Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək.

Birinci pillədəki "Sabah"ın 72, meydan sahiblərinin 35 xalı var.

Günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionundakı görüş saat 18:30-da başlayacaq. "Qartallar" 46 xalla beşinci, "Qəbələ" 20 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları