SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Veteran kapitan millinin 25 il əvvəlki qələbəsinə görə verilən premiyanı AÇIQLADI - VİDEO

Veteran kapitan millinin 25 il əvvəlki qələbəsinə görə verilən premiyanı AÇIQLADI - VİDEO

  • 19 yanvar 2026, 18:31

"İndi millinin futbolçuları 100-150 min dollar mükafat alır, amma nəticə elə əvvəlki illərdəki kimidir".

Bunu futbol üzrə Azərbaycan milli yığmasının kapitanı olmuş Tərlan Əhmədov Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında "Yurddaş" verilişində müsahibəsində səsləndirib.

O, 2001-ci ildə Azərbaycan millisinin Slovakiya yığmasına qarşı 2:0 hesabı ilə qələbəsi ilə bağlı xatirələrini bölüşüb. Həmin yığmada kapitan olan Tərlan Əhmədov futbolçuların aldığı premiyaları müqayisə edib:

"Heytətdə problemlərimiz yaranmışdı. Dmitri Kramarenko oyundan imtina etdi və qapıda 1 gün əvvəl olmpiya yığmasında oynamış Cahangir Həsənzadə dayandı. İlk oyununda da gənc olmasına baxmayaraq qələbədə ən böyük pay sahibi oldu. Oyundan sonra bizə 2 min dollar mükafat verdilər. Son illərdə isə heç-heçəyə də 40 min, bəzən 100 min dollar mükafat verilir, amma nəticə elə bizim vaxtımızda olan kimidir". 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları