SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Turun son oyunları Şamaxı və Qəbələdə

Turun son oyunları Şamaxı və Qəbələdə

  • 30 noyabr 2025, 10:13

Azərbaycan Premyer Liqasında XIII tura bu gün yekun vurulacaq.

Yurd.Media xəbər verir ki, son olaraq daha iki oyun keçiriləcək.

"Şamaxı" doğma azarkeşlər önündə "Sumqayıt"la üz-üzə gələcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Meydan sahibləri 14 xalla 9-cu, qonaqlar 20 xalla 5-ci pillədə qərarlaşıb.

Turun son matçı Qəbələdə gerçəkləşəcək. Şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı qəbul edəcək. Bu oyun saat 16:30-da baş tutacaq. Naxçıvan klubu 20 xalla 6-cı, "qırmızı-qaralar" 5 xalla 11-ci sıradadır.

Qeyd edək ki, XIII turda "Zirə" "Kəpəz"i (2:0), "Sabah" "İmişli"ni (3:0), "Qarabağ" "Karvan-Yevlax"ı (2:0) məğlub edib. "Turan-Tovuz" - "Neftçi" oyununda hesab açılmayıb.

Prime Leasing
SPE Annual Caspian