Azərbaycan Premyer Liqasında XXV tura bu gün yekun vurulacaq.
Yurd.Media xəbər verir ki, turun son oyununda avrokuboklara iddialı olan "Turan Tovuz" "Qəbələ"ni qəbul edəcək.
Son 6 oyunda uduzmayan qərb təmsilçisi uğurlu seriyanı bu görüşdə də davam etdirmək niyyətindədir. Bu mövsüm iki dəfə qarşılaşan tərəflərin duelində Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv qələbə qazanıb - 1:0, 3:0.
Tovuzlular rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək. Bu matç saat 16:00-da başlayacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Zirə" "Karvan-Yevlax"ı (1:0), "Sabah" "Sumqayıt"ı (3:1), "Kəpəz" "Qarabağ"ı (1:0), "Neftçi" isə "İmişli"ni (6:0) məğlub edib.