SÜJET
Süni ot örtüyünü təbiisi ilə əvəzləmək istəyən "Turan Tovuz" klubu mövsümün əvvəlindəki görüşlərini doğma meydanda keçirə bilməyəcək.
Yurd.Media xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlama verən "Turan Tovuz" klubunun Mətbuat Xidmətinin rəhbəri Süleyman Tağıyev bildirib ki, bütün xırda detallar nəzərdən keçirildikdən sonra meydançanın ot örtüyünün dəyişdirilməsi prosesinə start veriləcək.
"Ot örtüyünün dəyişdirilməsinin başlanması təxminən növbəti həftəyə təsadüf edəcək. Mütəxəssislər bildirirlər ki, ot örtüyü dəyişdirilərsə, stadion iki aya yaxın müddətdə istifadə oluna bilməz. Bu da o deməkdir ki, "Turan Tovuz" mövsümün əvvəlindəki bir-neçə oyununu doğma meydanda keçirə bilməyəcək. Püşkatmadan sonra neçə oyunu doğma meydanda keçirməyəcəyimiz daha dəqiq bəlli olacaq", - deyə S.Tağıyev bildirib.