SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Turan Tovuz - Karvan-Yevlax oyunu ilə tura yekun vurulur

"Turan Tovuz" - "Karvan-Yevlax" oyunu ilə tura yekun vurulur

  • 10 may 2026, 09:26
Tovuz

Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura iki oyunla yekun vurulacaq.

Yurd.Media xəbər verir ki, günün ilk matçında avrokuboku rəsmiləşdirməyin bir addımlığında olan "Turan Tovuz"la autsayder "Karvan-Yevlax" üz-üzə gələcək.

Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Tura "Neftçi" - "Şamaxı" görüşü ilə yekun vurulacaq. Oyun "Palms Sports Arena"da, saat 19:30-da start götürəcək.

"Turan Tovuz" 56 xalla üçüncü, "Neftçi" isə 50 xalla dördüncü sırada yer alıb. 35 xala malik "Şamaxı" səkkizinci sırada qərarlaşıb. "Karvan-Yevlax" isə 14 xalla sonuncu - onikincidir.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" "Sabah"ı (1:0), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Qəbələ" -"Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb. "İmişli" - "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları