SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Şəhid jurnalistlərin xatirə turnirində yarımfinalçılar müəyyənləşib

Şəhid jurnalistlərin xatirə turnirində yarımfinalçılar müəyyənləşib

  • 20 oktyabr 2025, 14:57

Şəhid jurnalistlərin xatirə turnirində yarımfinalçılar müəyyənləşib.

Yurd.Media xəbər verir ki, Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək təşkil olunan şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol  Turnirinin 1/4 oyunları keçirilib.

Oktyabrın 18-də ilk görüş “İctimai TV” ilə “APA” arasında olub. Oyunda televiziya təmsilçiləri rəqibin qapısından 9 cavabsız top keçirib – 9:0.

Qollar: Elmir Məlikov 4, Qərib Orucov, Emil Mirzəyev, Fərman Həxiyev, Ükvi İsmayılov, Teymur Mikayılov.

Bu nəticə ilə “İctimai TV” yarımfinala vəsiqə alan ilk komanda olub.

Sonra isə “AzTV” və “Zəfər 44” sahəyə çıxıb.

Gərgin mübarizə və qarşılıqlı hücum şəraitində keçən oyun “AzTV”nin qələbəsi ilə yekunlaşıb – 3:2.

Sadiq Nağıyev, Elvin Qulusoy, Lətif Qədimov;  Babək Əliyev, Ramin Mikayılov

Bu nəticə ilə “AzTV” yarımfinala vəsiqə alan ikinci komanda olub.

Növbəti gün keçirilən ilk görüşdə “Dəmir Yumruq”-“Baku TV”ni məğlub edib - 6:0.

Qollar:  Elçin Cuvarov 3,  Ramiz Hüseynov, İlqar Xələfli, Ziya İlhamoğlu

Bu nəticə ilə “Dəmir Yumruq” adını yarımfinala yazdırmağı bacarıb.

Sonra isə “Real TV” ilə “Veteranlar” yaşıl sahədə tər töküb. “Veteranlar” sahədən qələbə ilə ayrılıblar – 10:3.

Qollar: Orxan Qasımov 3, Əsgər İbrahimov 2, Ramiz Vəlizadə 2, İmaməddin Zeynalov, Araz Qurbanov, Zaur Hüseynov ; Əhməd Mahmudov, Bəkir Osmanlı, Elçin Yusifov.

Bu nəticə ilə “Veteranlar” yarımfinala vəsiqə qazanan dördüncü komanda olub.

Prime Leasing