Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək keçirilən şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turniri davam edir.
Yurd.Media xəbər verir ki, bugün və sabah üçüncü turun A-B-C-D qrupları üzrə son oyunları keçiriləcək.
Şənbə günü saat 22:00-da B qrupunda “İctimai TV” “Vətən”, saat 23:00-da A qrupunda “Real TV” “APA” ilə qarşılaşacaq.
Komandaların heyətləri belədir:
“İctimai TV” – Vüqar Dadaşov, Elmir Məlikov, Maksim Tsurkov, Cəlaləddin İbişov, Tərlan İsmayılzadə, Qərib Orucov, Emil Mirzəliyev, Ülvi İsmayılov, Cavid Abbasov, İdrak Qəniyev, Fərman Həxiyev, Rüstəm Əhmədov, Yusif Cəbrayılov, Teymur Mikayilov.
“Vətən” – Elvin İsmayılov, Azər Hüseynov, Qasım Məmmədov, Vüsal Hüseynov, Rafiq Həsənov, Emin Ələsgərov, Ayxan Abbasov, Emil Bayramov, Elvin Cəfərov, Elçin İsmayılov, Ramin Musayev, Kamran Əhmədli, Rasim Həsənov.
“Real TV” – Bəkir Osmanov, Əhməd Mahmudov, Ağalar Ağalarov, Elçin Yusifov, Bəxtiyar Abbasov, Eldəniz Əhmədov, Gəray Qiyasov, Vüsal Şərifov, İsa Məmmədov, Elşən Nurullayev, Peyman Ağazadə, Vüsal Süleymanov.
“APA” – Rasim Sultanzadə, Nurşən Quliyev, Ulucay Akif, Rüstəm Məmmədov, Əlirza Əlirzalı, Nasir Zülfüqarov, İman İmanlı, Aqil Lətifov, Röyad Adıgözəlov, Tural Turan, Əmir Quluzadə, Ağa Cəfərov
Bazar günü isə D qrupu üzrə saat 22:00-da “Baku TV – “Az TV”, C qrupunda isə saat 23:00-da “Yurd.Media” “Dəmir Yumruq” yaşıl sahəyə çıxacaq. Komandaların heyətləri belədir: “Baku TV” – İman Məcidov, Vüqar Qarayev, Ramin Cəfərov, Vilayət Babayev, Qismət Ağayev, Fərid Hacıyev, Cavid Səfərli, Rafiq Axundov, Nurani İsgəndərov, Seymur Əliyev, Taleh Sultanov, Ayaz Mirzəyev.
AzTV – Cavidan Şükürov, Əbilfəz Şamiyev, Tural Abdullayev, Fuad Eldarov, Lətif Qədimov, Sadiq Nağıyev, İbrahim Məmmədov, Dövlət Rzazadə, Həsən Babazadə, Bəhram Cəbrayılov, Mahir Qafarov, Elnur Məmmədov, Elvin Qulusoy, Sərxan Mustafayev.
“Yurd Media” – Murad Əliyev, Asif Nərimanlı, Elnur Muxtarov, Raqil Səfərli, Məğrur Salmanov, İlkin Muradov, Rövşən Atakişiyev, Qoşqar Salmanlı, Ariz Əhədov, Xəqani Əliyev, Eltac Nurullazadə, Əli Rzayev.
“Dəmir Yumruq” – Hidayət Xudiyev, Şah Xasıyev, Səhman Xasıyev, İlqar Xələfli, Ramiz Hüseynov, Rauf Aslanov, Emin Qasımov, Amid Cəfərov, Elçin Nəsibov, Ramin Qurbanov, Elçin Cuvarov, Samir Həsənov, Murad Vəliyev.
xxx 11 oktyabr
B qrupu 22:00 – “İctimai TV” – “Vətən”
A qrupu 23:00 – “Real TV” – “APA”
12 oktyabr
D qrupu 22:00 – “Baku TV” – “AzTV”
C qrupu 23:00 – “Yurd.Media – “Dəmir Yumruq”
Bakı Tennis Akademiyasında baş tutacaq oyunları AFFA-nın hakimləri idarə edəcək.
Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTV), Baku TV, Real TV, AZƏRTAC, APA, Yurd Media agentliklərinin və BAKU.WS portalının informasiya dəstəyi, “Bee Tours”, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
İldə bir dəfə təşkil olunan turnirin ilk ilində, yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunub. 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı 8 olub – “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu” adı altında mübarizə aparıb. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib.
2024-cü ildə turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”, “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparacaq. Yəni medianı 4 komanda təmsil edib.
Bu il – 2025-ci ildə isə turnirdə 12 komanda – AzTv, Baku TV Real Tv, “Cəmiyyət”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” adı altında mübarizə aparacaq. Medianı 8 komanda təmsil edir.
Turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 27-də başlayıb noyabrın 1-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq.
Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulur. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov “Veteranlar” komandasında çıxış edir. Oyunların şənbə və bazar günləri (açılış günü şənbə saat 19:00 və 20:00-dan başqa) saat 22:00/23:00-da keçirilir. Komandalar özlərinin idman geyimləri ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu bə bağlanış mərasimi noyabrın 1-də şənbə günü saat 19:00/20:00-da baş tutacaq.