SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Kiberdələduzluq Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Şamaxıda beynəlxalq şahmat festivalına start verilib

Şamaxıda beynəlxalq şahmat festivalına start verilib

  • 27 iyun 2025, 23:12
Şamaxı

Şamaxıda “Shamakhi Open” beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib.

Yurd.Media xəbər verir ki, tədbirdə Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova və Vüqar Həşimov adına Şahmat Fondunun prezidenti Anar Allahverdiyev çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Vüqar Həşimov adına Şahmat Fondunun təşkilatçılığı ilə keçirilən festivalda 7 ölkədən 102 zəka sahibi öz qüvvələrini sınayır. Festivalda iştirakçılar A və B qruplarında mübarizə aparırlar. Klassik formatda keçirilən yarışın baş hakimi Elşad Abdullayevdir.

Yarışın ümumi mükafat fondu 23.150 manatdir. A qrupunun qalibi 5 000, B qrupunun qalibi isə 1 000 manatın sahibi olacaq.

Festivalda klassik şahmatdan əlavə, rapid və blits növü üzrə də turnirlər keçiriləcək.

Prime Leasing